44 günlük zəfər yolunun 4-cü günü - Baku TV

44 günlük zəfər yolunun 4-cü günü - Baku TV 30 sentyabr 2020-ci il. Bizi zəfərə − şanlı qələbəyə aparan Vətən müharibəsinin 4-cü günü. Azərbaycan əsgəri “hər şey Vətən üçün” deyərək böyük ruh yüksəkliyi, əzmlə döyüş meydanında düşmənə layiq olduğu cavabı verməkdə davam edir. İgid, qəhrəman oğullarımız son damla qanlarınadək döyüşərək, qarşı tərəfi diz çökdürür, şücaəti, mərdliyi ilə dillərə dastan olur. Yaralı hərbçilərlə görüşən Prezident İlham Əliyev düşmənə açıq-aydın mesaj ötürdü ki, əgər erməni əsgərləri ölmək istəmirlərsə, torpaqlarımızdan çıxmalıdırlar. Azərbaycan əsgərinin işğaldan azad olunması uğrunda haqq savaşına başladığı torpaqlardan. Qürurverici haldır ki, elə müharibənin ilk günlərindən artıq Azərbaycan hərbçiləri strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edərək uzun fasilədən sonra əzəli torpaqlarımıza ayaq basmışdılar. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan düşmən isə savaşın 4-cü günündə də acizliyini yaşayış məntəqələrimizi atəşə tutmaqla, dinc insanları öl
Back to Top