Rusiya pulumuzu aldı, amma... | Melikonyandan aranı qatacaq açıqlama

Rusiya pulumuzu aldı, amma... | Melikonyandan aranı qatacaq açıqlama “Ermənistanın müttəfiqi yoxdur, biz müxtəlif dövlətlərlə dostluq əlaqələri qururuq və onlarla müttəfiqlik münasibətləri yaratmağa çalışırıq”. Bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan deyib. “2020-ci il müharibəsi zamanı bizi unutdular, Rusiya fəaliyyətsiz qaldı. 44 günlük müharibədə bizə silah və hərbi texnika vermədi, ancaq az miqdarda sursat verdi. 2020-ci ildən sonra Rusiya da bizə silah verməli idi, pulu alsa da, hələ də bunu etməyib. 2021 və 2022-ci illərdə Azərbaycan yenidən hücuma keçdikdə rus hərbçiləri Tıx kəndinin ərazisini tərk edib və onların yerinə Azərbaycan qoşunları gəlib. Onlar hücum olacağını bilə-bilə Vayk və Vardenisdən qoşunlarını geri çəkdilər. Üstəlik, bunlar bizim müttəfiqimiz sayılırlar. Digər dövlətlər bizim Rusiya Federasiyası ilə müttəfiq olmadığımızı görən kimi bizimlə hərbi əməkdaşlıq, dostluq münasibətləri qurmağa başladılar. Söhbət Fransa və Hindistandan gedir. Bundan sonra ABŞ-nin bizə əl uzatdığını gördük, indi Vaşinqton təhlükəsizlik sahəsində təkliflər verir, Almaniya bizimlə dostluq əlaqələri qurur. Onlar müstəqil ölkə olmaq istədiyimizi görüb bizimlə dostluq əlaqələri qururlar”, – deyə bildirib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Rusiya pulumuzu aldı, amma... | Melikonyandan aranı qatacaq açıqlama 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #rusiya #melikonyan #ermənistan #deputat #azərbaycan #ermənideputat #fransa #hindistan #abş
Back to Top