Ermənistanın sülh şərtinə Azərbaycandan cavab - BAKU TV

Ermənistanın sülh şərtinə Azərbaycandan cavab - BAKU TV Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana cavab verib. Belə ki, fevralın 14-də Armen Qriqoryan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulayıb. Ayxan Hacızadə bildirib ki, Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Ermənistanın sülh şərtinə Azərbaycandan cavab © 2023 © All Rights Reserved ℗ Baku TV #ermenistan #sulh #azerbaycan
Back to Top