Ukraynada Rusiya tankları sıradan çıxarıldı - BAKU TV ()

Ukraynada Rusiya tankları sıradan çıxarıldı - BAKU TV () Aktual xəbərlərimiz Rusiyanın Ukraynada apardığı müharibənin 5-ci ayında şiddətli döyüşlərin getdiyi əsas vilayətlərdən biri də Donetsk vilayətidir. Rusiya ordusu və separatçı qüvvələr sərhəd bölgələri olan Donetsk vilayətinin Siverski və Baxmut rayonlarına hücumları şiddətləndiriblər. Artilleriya və diversiya hücumları ilə müşahidə olunan ağır döyüşlərdə Rusiya ordusu Siverski rayonu istiqamətində ağır itkilər verib. Belə ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə son bir ayda 60-dan çox Rusiya tankını məhv edib. Baku TV onlardan bir gündə vurulan 11-nin məhv edilmə görüntülərini eksklüziv olaraq əldə edib. Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayəti istiqamətində döyüş komandirlərindən Roman Solohub bildirib ki, bu bölgədə çoxsaylı diversiya qrupları ələ keçirilir. “Hava kəşfiyyatının əsas işi, təbii ki, artilleriya və xüsusi təyinatlı dəstələrin müəyyənləşdirilməsidir. Bu iş ön cəbhələrdə aparılır. Xüsusən Seversk istiqamətində vəziyyət “qaynar”dır. Hava kəşfiyyatı hərəkət edən texnikanı müəyyənləşdirir, eləcə də standart kəşfiyyat prosedurlarını həyata keçirir. Sonra isə artilleriya işə başlayır. Odur ki, düşmən tank kimi ağır texnika ilə ortaya çıxırsa və belə desək, asan yemə çevrilirsə, onların hamısı məhv edilir”, - deyə o bildirib. Qeyd edək ki, hazırda Ukraynanın şərq və cənub-şərq istiqamətində döyüşlər daha da şiddətlənib. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ukraynada Rusiya tankları sıradan çıxarıldı #bakutv #ukrayna #rustankivuruldu #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top