Rusiya nədən qorxur? - BAKU TV

Rusiya nədən qorxur? - BAKU TV Aktual xəbərlərimiz İyunun 3-ü Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatın 100-cü günüdür. Bu tarixi diqqətə alan Rusiya administrasiyası dövlət və hökumətyönlü Kütləvi İnformasiya Vasitələrinin redaksiyalarında “100 günlük xüsusi hərbi əməliyyat” mövzusu haqqında bəzi qadağaları tətbiq edib. Belə ki, hazırlanan xəbərlərdə müharibənin müddətinə “diqqəti cəmləməmək” tapşırığı verilib. Rusiya mətbuatında yer alan məlumatda bildirilir ki, “Xüsusi əməliyyata” həsr olunmuş onlayn verilişlərdə, eləcə də hökumətyönlü tablolarda “100-cü gün” adı ilə heç bir məlumatın verilməməsi ilə bağlı xəbərdarlıq edilib. Diqqət yetirsək, görmək olar ki, daha öncə Rusiyanın xəbər platformalarında mütəmadi olaraq müharibənin neçənci günü olduğu barədə ətraflı informasiya verilirdi. Bu gün isə xəbər portallarında yalnız cari tarix göstərilir. Birinci Kanal və Rusiya 1-in xəbər relizlərində, eləcə də RİA Novosti-nin əsas səhifələrində bu barədə məlumat verilmir. Belə görünür ki, Kreml işğalın üç aydan artıqdır ki, davam etdiyini xatırlatmaq istəmir, halbuki Kiyevi üç günə ələ keçirmək planlaşdırılırdı. Rusiya hökuməti müharibənin davam etdiyi dəqiq tarixin veriləcəyi təqdirdə vətəndaşlarını işğalın məqsədləri və uğurları haqqında düşünməyə vadar edəcəyindən çəkinir. Axı 100 gün kimi yuvarlaq tarixdən danışarkən həmişə suallar yaranır: bu tarixə qədər nə əldə olunub? Bəzi yaşayış məntəqələrinin alınmasını nəzərə almasaq, belə çıxır ki, Kremlin bu tarixə demək olar ki, təqdim edəcəyi heç nəyi yoxdur. İnsanları isə maraqlandıran budur: “əməliyyat”ın hədəfləri yaxındır, yoxsa hələ çox gözləməli olacaqlar? Xatırladaq ki, “Russian Field”in keçirdiyi sorğuya əsasən, rusiyalıların 50%-i Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarıdır, 39% isə Kremlin sülh danışıqlarına keçməli olduğunu düşünür. Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV Rusiya nədən qorxur? #bakutv #rusiya #kreml #qadağa #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top