Qarabağdakı sülhməramlılar Ukraynada əsir düşüb - BAKU TV

Qarabağdakı sülhməramlılar Ukraynada əsir düşüb - BAKU TV Ukraynada hazırda əsirlikdə Rusiya Ordusunun 250-300 hərbçisi var. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. “Müddətli əsgərlər, o cümlədən əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçıları, daha əvvəl Donbasda döyüşmüş, sonradan Dağlıq Qarabağda “sülhməramlı” vəzifə yerinə yetirmiş hərbçilər xeyli maraqlı mətləblərdən danışıblar. Onlar Suriya, Donbas və Ukraynadakı Suriya üsulları haqqında çox danışdılar, şəhərləri mühasirəyə alanda və orduya qalib gələ bilmədiklərinə görə indi Mariupolda olduğu kimi, acığı əhalidən çıxdıqlarını dedilər”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Ukraynada nə qədər rusiyalı müddətli hərbçinin döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi elə bir istiqamət yoxdur ki, orada belə hərbçilər olmasın.
Back to Top