Rusiya sülhməramlılarından müəmmalı yardım - Baku TV

Rusiya sülhməramlılarından müəmmalı yardım - Baku TV Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar ermənilərə yardım etməyə davam edirlər. Bu dəfə onlar Xankəndidə yerləşən xəstəxanalara bağlamalar gətirib. Sülhməramlıların bildirdiyinə görə, guya xəstəxanaya 200 ədəd adyal bağışlanılıb. Maraqlısı isə budur ki, naməlum yükün adyal olduğu iddia olunsa belə, niyə məhz ötən gün? Hərbi ekspert Abuzər Əbilov bildirib ki, Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlıları bu qüvvələrin anlamına zidd olan bir sıra əməllərlə məşğuldurlar. Qeyd edək ki, rus sülhməramlılar bu günə qədər Qarabağda yaşayan ermənilərə 300 ton humanitar yardım çatdırıblar. Budəfəki bağlamalarda həqiqətənmi adyal və ya digər tibbi ləvazimatların olduğu isə hələ də sual altındadır. Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını açıqlayıb. Məlumatda bildirilir ki, bir hərbçi ölüb, 13 nəfər əsir, daha 24 nəfər isə itkin düşüb. ___________
Back to Top