Mustafa Kamal Atatürkün vəfatından 83 il ötür - Baku TV

Mustafa Kamal Atatürkün vəfatından 83 il ötür - Baku TV Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 83 il ötür. O, 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib. Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1881-ci ilə Selanikdə doğulub. 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub. Mustafa Kamal Sevr müqaviləsindən sonra təslimçiliyi qəbul etməyən qüvvələrə rəhbərlik edərək Qurtuluş savaşına başlayıb. İki il davam edən müharibə türk millətinin tam qələbəsi ilə başa çatıb. Bir il sonra Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Beləliklə, tarix yazan Mustafa Kamal həm də adını tarixə qızıl hərflərlə həkk edir. Böyük öndər cəmi 57 il sürən həyatında, təkcə qurtuluş savaşını qalibiyyətlə sonlandıran lider kimi yox, eyni zamanda həyata keçirdiyi uğurlu islahatlarla da bir dövlət adamı kimi tarixə düşür. Bu gün uşaqdan böyüyə hər bir türkü
Back to Top