Müdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olub

Müdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olub Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib. Şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ərzaq və əşya anbarları, ideoloji sinif, xidməti, məişət və silah otaqları var. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standar
Back to Top