Müdafiə Nazirliyindən məlumat - BAKU TV

Müdafiə Nazirliyindən məlumat - BAKU TV Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Məlumatı Müdafiə Nazirliyi yayıb. Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir. Müdafiə Nazirliyindən məlumat © 2023 © All Rights Reserved ℗ Baku TV #mudafienazirliyi #doyushazirligi #tanklar
Back to Top