Erməni jurnalist Azərbaycan əsgərinin cəsarətindən danışdı - Baku TV

Erməni jurnalist Azərbaycan əsgərinin cəsarətindən danışdı - Baku TV Sizin Qarabağdakı zabitləriniz erməni əsgərlərinin formasını oğurlayıb, sonra da əsgərlərə deyirlər ki, valideynlərinizə deyin təzə forma alsınlar. Siz bu müharibədə qazanmaq istəyirdiniz?! Bunu müstəqil erməni jurnalist Roman Baqdasaryan Azərbaycan əsgərinin vətənpərvərliyini, qorxmazlığını, düşmənə qarşı inamsızlığını öz əsgərləri ilə müqayisə edərkən deyib. Jurnalist onu qınayan “Qarabağ klanı”nın nümayəndələrinə od püskürüb. “Siz, öz millətini sevməyənlər indi mənə qara yaxırsınız, çıxışlarımı bəyənmirsiniz” deyən Baqdasaryan onların Qarabağdan çıxan ermənilərə qəddar davranışından da danışıb. Jurnalist həmçinin bildirib ki, Qarabağda separatçı rejimin nümayəndələri 30 il yanacaq oğurlayıb, Ermənistana satıb. Ermənistan isə öz növbəsində həmin yanacağı alıb və yenidən Qarabağdakı separatçı orduya göndərib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş
Back to Top