Şövkət Ələkbərova və Xan Şuşinski — Ay Gözəl (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.1” albomundan Xan Şuşinskinin iştirakıyla “Ay Gözəl“ mahnısı artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi/Söz: Xalq Mahnısı
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Bənd 1: Xan Şuşinski]
Ay gözəl, gedək gəzməyə bağa
Ay gözəl, gedək gəzməyə bağa
Qoy bir az baxım o gül yanağa
[Şövkət Ələkbərova]
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
[Bənd 2: Xan Şuşinski]
Ay qız, sevmişəm gül camalını
Ay qız, sevmişəm gül camalını
Bir insaf elə, göstər xalını
[Şövkət Ələkbərova]
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?
[Bənd 3: Xan Şuşinski]
Xumar dodağın dərdimə dərman
Xumar dodağın dərdimə dərman
Onları mənə göstər, ay canan
[Şövkət Ələkbərova]
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
[Bənd 4: Xan Şuşinski]
Sən bizim eldə bir nazlı dilbər
Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı, qaşını göstər
[Şövkət Ələkbərova]
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Ay Gözəl” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #AyGözəl #mikpro