Kəlbəcər atəşə tutuldu: Hərbçimiz şəhid oldu - Baku TV

Kəlbəcər atəşə tutuldu: Hərbçimiz şəhid oldu - Baku TV İyulun 23-ü saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. MN rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir. Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Nazirlikdən bildirilib ki, baş verən təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Back to Top