Baş prokurorluq əsir götürülən ermənilərin taleyi ilə bağlı AÇIQLAMA yaydı - Baku TV

Baş prokurorluq əsir götürülən ermənilərin taleyi ilə bağlı AÇIQLAMA yaydı - Baku TV Baş Prokurorluq Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı məlumat yayıb. Bildirilib ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb. Bununla belə, dərin təəssüf hissi ilə bildiririk ki, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb. Qeyd olunan faktlarla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin və 29, maddələri ilə cinayət işləri başlanıb. Azərbaycan Respublikasının prokurorluq orqanla
Back to Top