Qulu Ağsəs - Bilmirəm
Şair: Qulu Ağsəs
Oxuyur: Zemfira Abdulsamadova
“Bilmirəm“.
#994fm #poetry #QuluAğsəs #radiopoetry
Dan yeri - gecənin göydə
od tutan
Bağrıdı.
Xəbərin varmı? -
Bilmirəm.
Bir də yarpaq salma külək
poçtuna
Bağlıdı.
Xəbərin varmı? -
Bilmirəm.
Ürəyin - içəri qapındı sənin,
Aç görək, nəyin var qabında
sənin?!
Ömür-gün bölünüb... qalıqda səni
Saxladı.
Xəbərin varmı? -
Bilmirəm.
Hərəmiz borcludu bir can
ölümə,
Ölsək də, tapmarıq əncam
ölümə.
Tanrı qırmır bizi... ancaq
ölümə
Yoxladır.
Xəbərin varmı? -
Bilmirəm.