Naxçıvanda tarixi abidəni bərpa adı ilə görün nə hala saldılar - APA TV

#APATV #Naxçıvan #tarixiabidə #Ordubad #Məbəd #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 Naxçıvanda tarixi abidəni bərpa adı ilə görün nə hala saldılar - APA TV Naxçıvanın Ordubad şəhərində 18-ci əsrə aid Ordubad məbədi restavrasiya adı ilə tarixin səhifələrindən silinib. Məbədin sökülüb yenidən tikilməsi bir yana, quruluşu da tamamilə dəyişdirilib. Məbəd 1829-cu ildə rus əsgərləri tərəfindən inşa olunub və uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Dini ibadətgah yerləri kimi Ordubad məbədi müxtəlif məqsədlər üçün istifadə olunub. 2016-cı ildə bərpa adı ilə tarixi-memarlıq abidəsinin tarixiliyi məhv edilib. Belə abidələrdən biri də Culfa rayonunun Gülüstan kəndində yerləşən və 12-ci əsrin yadigarı olan Gülüstan türbəsidir. Türbə demək olar ki, restavrasiya zamanı yenidən tikilib və tarixi əhəmiyyətini itirib. İndi burada tarixi daşları yox, boyası tökülən divarları görmək mümkündür. AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun müxbir üzvü Vəli Baxşəliyev deyib ki, sözügedən məbəd və digər abidələr inşaat mühəndisləri tərəfindən bərpa edilib və restavrasiya zamanı onlara heç nə deyilməyib. Ordubad hələ qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məşhur olub. Ancaq hazırda burada yerləşən bir çox tarixi abidələrdən əsər-əlamət qalmayıb desək, yanılmarıq. Çünki bu tarixi abidələr restavrasiya olunarkən, təəssüflər olsun ki, zahiri görkəmi tarixi əhəmiyyətini də itirib. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@
Back to Top