Ustad sözü | Təranə Muradova -

“Ustad sözü” verilişinin bu buraxılışı Xalq artisti, xoreoqraf Təranə Muradovanın ustad dərsinə həsr olunub. Verilişdə rəqs sənəti və onun incəliklərindən bəhs olunub, milli rəqslər xoreoqraf tərəfindən izah olunub, xüsusiyyətlərindən danışılıb. İzləyicilər Azərbaycan rəqslərinin müxtəlif növləri və janrları ilə yaxından tanış olacaq, onların mahiyyəti və məzmumundan xəbərdar olacaqlar. Ssenari müəllifi: Səxavət Sahil Rejissor: Anaxanım Abdullayeva Copyright © Mədəniyyət TV YouTube kanalına abunə olun: Facebook - İnstagram - Youtube - Rəsmi sayt: İnsanın tərbiyə almasında, mədəni-intellektual fərd kimi formalaşmaşında ailənin rolu nə qədərdisə, millətin də millət kimi formalaşmasında, zövqünün, mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası eynidir. Azərbaycan Teleradio Verilişləri QSC-nin bazasında təzə yaranmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. “Mədəniyyət” kanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır. Dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları sürətləndirməyə başladı. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. “Mədəniyyət” kanalının açılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. “Mədəniyyət” kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranması da təsadüfi deyildi. #AZTV #MədəniyyətTV
Back to Top