Vaaqn Xaçaturyandan Qarabağla bağlı etiraf - BAKU TV

Vaaqn Xaçaturyandan Qarabağla bağlı etiraf - BAKU TV Aktual xəbərlərimiz Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib: “Həqiqətən, çətin dövrdür. İndi hər şey həlledici mərhələyə qədəm qoyur. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən realizm tələb olunur ki, düzgün qərarlar qəbul edək. Biz Qarabağ məsələsində reallığı qəbul etməsək, Ermənistan dövləti üçün təhlükə yarana bilər”. Onun sözlərinə görə, artıq geriyə baxmadan gələcəyi düşünmək lazımdır. Xaçaturyanın dedikləri onu göstərir ki, Ermənistan rəhbərliyi artıq reallığı və ölkəsinin Azərbaycanın şərtləri ilə barışmalı olacağının qaçılmazlığını dərk edərək əhalisini ağrılı güzəştlərə hazırlayır. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Vaaqn Xaçaturyandan Qarabağla bağlı etiraf © 2022 © All Rights Reserved ℗ Baku TV #vaaqn #xaçaturyan #ermenistan
Back to Top