Qarabağı dirçəldəcək iki nəhəng layihə - Füzuli Hava Limanı və Zəfər yolu

Trend TV-nin tikintidən REPORTAJI - İşğaldan azad edilmiş ərazilərin tikintisi və müasir infrastrukturun yaradılması prosesi sürətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu Füzuli Beynəlxalq Hava Limanında, həmçinin Şuşaya çəkilən Zəfər Yolunda tikinti prosesi demək olar ki, gecə-gündüz aparılır. Trend-in Qarabağ Büsrosunun çəkiliş qrupu Füzuli Hava Limanının və Zəfər Yolunun inşasını yerində izləyib, iş icraçıarı və ekspertlərlə görüşüb, tikintinin detalları ilə maraqlanıb. AZAL rəsmisi Valeh Əmiraslanov Trend-ə bildirib ki, tikinti prosesində 450-yə yaxın işçi çalışır, bunların əksəriyyəti yerli mütəxəssislərdir. Hazırda uçuş-enmə zolağı, perron, giriş yolu, terminal və digər köməkçi binalar tikilir. Uçuş-enmə zolağı, aeronaviqasiya sistemləri, su və elektrik təchizatı, idarəetmə qülləsi senytabrın 5-nə kimi hazır olacaq. Ümumi tikinti isə ilin sonuna kimi tam yerinə yetiriləcək: “Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur h
Back to Top