Dədə Qorqud (1975)

12 Hadisələrin mərkəzində saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik Dədə Qorqud dayanır. Filmin iki seriyalı çəkilişi əvvəlcədən planlaşdırılmayıbmış. Sadəcə olaraq çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması ona gətirib çıxarıb ki, “Dədə Qorqud” iki seriyalı film kimi qəbul olunub. Film “Kitabi-Dədə Qorqud” dastanı əsasında çəkilib. Filmdə əsasən dastanın iki qolundan istifadə edilib. Filmin çəkilişləri Bakı, Naxçıvan, Şamaxı, Pirqulu, Qobustan və studiyanın pavilyonunda aparılıb. Rejissor: Tofiq Tağızadə Ssenari müəllifi: Anar Rzayev Operator: Rasim İsmayılov Rəssam: Nadir Zeynalov Bəstəkar: Emin Sabitoğlu Rollarda: Həsən Məmmədov (Dədə Qorqud), Həşim Qadoyev (Qazan xan), Rasim Balayev (Beyrək), Givi Toxadze (Alp Aruz), Hamlet Qurbanov (Qıpçaq Məlik), Leyla Şıxlinskaya (Banuçiçək), Şəfiqə Məmmədova (Burla xatun) İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: Janr: tarixi, epik, dram
Back to Top