Qırmızı bazar istiqamətində yanğın baş verib - Baku TV

Qırmızı bazar istiqamətində yanğın baş verib - Baku TV Fövqəladə Hallar Nazirliyi Füzuli rayonunda baş verən yanğınla bağlı daha bir məlumat yayıb. Nazirlikdən bildirlib ki, iyunun 30-da nazirliyin “112“ qaynar telefon xəttinə rayonun Qacar kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində, düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağ ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Back to Top