Xankəndini məcburən tərk edən sakin evinə qayıtmaq istəyir

Biz onu da bu aksiya vasitəsilə tanıdıq. Əlində bir plakat tutmuşdu. Xankəndidə qalan evinin ünvanının yazıldığı plakat. Aytəkin Haşımova həkimdir. Xankəndini uşaq yaşında tərk etməsinə baxmayaraq, xatirələri yaddaşından silinməyib. Öz evini, yurdunu tələb edir. Tələbini də elə Laçın yolunda keçirilən aksiya vasitəsilə çatdırır. El-oba həsrəti ilə canı yanarkən başqa canlara dərman olmağa çalışan bu fədakar həkimi yaxından tanıyaq. #azərbaycan #ermənistan #qarabağ #xankəndi #laçın #rusiya #sülh #müharibə #irəvan #zəngəzur #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top