Qazaxıstandakı hadisələr “ 20 YANVAR “ la müqayisə edildi - Baku TV

Qazaxıstandakı hadisələr “ 20 YANVAR “ la müqayisə edildi - Baku TV Tanınmış sovet və Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün Qazaxıstana sülhməramlıların yeridilməsini kəskin pisləyib. Jurnalist şəxsi YouTube kanalında bildirib ki, KTMT barədə müqaviləyə əsasən, Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun yeritmək səlahiyyətləri yox idi. Təşkilat haqda müqavilədə göstərilir ki, ölkələr bir-birlərini ancaq xarici hərbi təcavüzə qarşı müdafiə edə bilərlər. Andrey Karaulov Qazaxıstanda bu gün baş verənləri sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə də müqayisə edib. Karaulov əlavə edib ki, Rusiya desantçılarının bütün qurbanları Bakıda Şəhidlər xiyabanında dəfn olunub. “Yeri gəlmişkən, oraya Prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub”, - deyə jurnalist bildirib. *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbər
Back to Top