Dünya mediası güllələnmiş heykəllərlə tanış oldu - BAKU TV

Dünya mediası güllələnmiş heykəllərlə tanış oldu - BAKU TV ABŞ-də fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar. Belə ki, qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, “Güllələnmiş heykəllər” kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər. Səfərdə məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır. Dünya mediası güllələnmiş heykəllərlə tanış oldu © 2023 © All Rights Reserved ℗ Baku TV #dunyamediasi #susa #seyahet
Back to Top