Xəzər Süleymanlı-Sən hardan biləsən necəyəm indi

şeir: Xəzər Süleymanlı piano: Vüsal Namazlı Dilucu necəsən soruşub getmə. Dayan, izah edim, necəyəm indi. Dağılmış binayam, sökülmüş yolam, Toz altda boğulan küçəyəm indi. Hesabdan yaxşısan, hələ gəl otur. Mən də sual verim tənliyini qur. İkidən bir çıxıb sonra birə vur, Hesabla, tap görüm, neçəyəm indi ? Ürəyim inanmır ürək sözümə, Bir ucuz ölüm də gülmür üzümə. Sənsiz bütün gecə özüm- özümə, Səni xatırladan gecəyəm indi. #xezersuleymanli #xəzərsüleymanlı
Back to Top