Gürcü ekspert Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən danışdı - Baku TV

Gürcü ekspert Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən danışdı - Baku TV Azərbaycan Ordusu nəinki Qafqazın, postsovet ölkələri arasında ən güclü orduya malik dövlətlərdən biridir. Bunu 44 günlük Vətən müharibəsində Azərbaycan bir daha bütün dünyaya təsdiq etdi. Bu sözləri Baku TV-nin Gürcüstan bürosuna verdiyi müsahibəsində hərbi ekspert Nika Çitaya deyib. Ekspert Azərbaycan xalqını Milli Ordu Günü münasibətilə də təbrik edib. Ekspert həmçinin Azərbaycan Ordusunun yalnız xaricdən idxal edilən silah-sursatlar hesabına deyil, həm də öz daxili hərbi istehsalatları ilə təmin edilməsini xüsusi vurğulayaraq, bunun inkişaf üçün ən böyük faktorlardan biri olduğunu deyib. Qeyd edək ki, Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümü münasibətilə paytaxt Tbilisidəki Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, Hərbi Attaşe Aparatı və səfirlik əm
Back to Top