Neftçi Qurban (1970-ci il)

Məzmun: Film məşhur dəniz qazma ustası, Respublika Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasova, onun neftçi hünərinə, açıq dənizdə, dalğalar qoynunda buruq quran, xaruqələr yaradan əməyinə, adi kəndli oğlunun məşhur neft ustasına qədər ucalan həyat yoluna həsr olunmuşdur. İlk kadrlardan biz gənc Qurbanla tanış oluruq. O, Xəzər neft mədənlərinə Naxçıvandan gəlmişdir. Hətta ən təhlükəli anlarda belə biz onu gah katerdə qazma sahələrini gəzən, gah da orada işləyən adamların arasında görürük. Beləliklə, tamaşaçının gözü qarşısında qəhrəmanın-igid, cəsur, fədakar insanın şəxsiyyəti canlanır. Filmdə dəniz qazma ustası, məşhur Mixail Kaveroçkinlə bağlı epizodlar çox təsirlidir. O, Qurbanın müəllimi olmuşdur. Sonrakı kadrlarda biz neftçi Qurbanın fəaliyyəti ilə bağlı başqa səhnələrlə də tanış oluruq.
Back to Top