Azərbaycan Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilir

Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilir Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir. Plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər. Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki qardaş ölkənin birgə təlimi 23-25 oktyabr tarixlərində keçiriləcək. ____ Проводятся подготовительные тренировки к совместным азербайджано-турецким тактическим учениям Отрабатываются действия по различным эпизодам предстоящих в Азербайджане совместных тактических учений, посвященных 100-летию образования Турецкой Республики. В соответствии с планом подразделения Сухопутных войск и Ракетно-артиллерийских войск, выведенные из пунктов постоянной дислокации в районы сосредоточения, заняли огневые позиции и выполнили задачи по подготовке установок к боевому применению. Совместные учения двух братских стран, в ходе которых основное внимание будет уделено обеспечению боевого слаживания при взаимодействии войск, совершенствованию управления, обмену опытом и повышению профессионализма личного состава, состоятся 23-25 октября. ____ Preparatory training for the Azerbaijani-Turkish joint tactical exercises is conducted Activities on various episodes of joint tactical exercises dedicated to the 100th anniversary of the establishment of the Republic of Türkiye to be held in Azerbaijan are being worked out. In accordance with the plan, the units of the Land Forces and Rocket-artillery troops, withdrawn from the points of permanent deployment to assembly areas, took firing positions and fulfilled tasks on preparing the installations for combat use. Two fraternal countries’ joint exercises to be held on October 23-25 will be focused on ensuring combat interoperability during the troops’ interaction, improving management, exchanging experience and increasing military personnel’s professionalism.
Back to Top