“Sonsuz qardaşlıq - III” çoxmillətli təliminin açılış mərasimi keçirilib

“Sonsuz qardaşlıq - III” çoxmillətli təliminin açılış mərasimi keçirilib Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq - III“ çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub. Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir. Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcəkdir. Təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər. Zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi “Sonsuz qardaşlıq- III” çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir. ____ Состоялась церемония открытия многонациональных учений «Безграничное братство – III» 10 сентября на полигоне Орда в Туркестанской области Казахстана состоялась торжественная церемония открытия совместных многонациональных учений сил специального назначения «Безграничное братство – III». В качестве наблюдателей на учения, проводимые с участием спецназа Азербайджана, Казахстана, Турции, Пакистана, Катара и Узбекистана, приглашены представители вооруженных сил Иордании и Кыргызстана. Целью проведения учений является обеспечение оперативной слаженности в ходе деятельности органов управления и подразделений, повышение практических навыков личного состава, взаимный обмен опытом и совершенствование профессиональных навыков. В соответствии с планом будут проводиться занятия по тактической, огневой, горно-парашютной, снайперской подготовке с подразделениями специального назначения. По окончании учений подразделения специального назначения будут выполнять задачи учебно-боевой операции по обнаружению и нейтрализации незаконных вооруженных отрядов в населенном пункте. В совместных многонациональных учениях «Безграничное братство – III», в которых задействована бронетехника, армейская авиация и БПЛА, принимают участие до 300 военнослужащих специального назначения из 6 стран. ____ Opening ceremony of Eternal Brotherhood – III multinational exercise held On September 10, the opening ceremony of the Eternal Brotherhood – III multinational joint special forces exercise was held at the Orda training range in Turkistan region of Kazakhstan. Representatives of the Armed Forces of Jordan and Kyrgyzstan have been invited as observers to the exercise held with the participation of special forces of Azerbaijan, Kazakhstan, Türkiye, Pakistan, Qatar and Uzbekistan. The objective of the exercise is to ensure operational interoperability in the activities of control bodies and units, improve the practical skills of military personnel, exchange experience and enhance professional abilities. According to the plan, tactical, fire, mountain, parachute, and sniper training will be conducted with special forces units. At the end of the exercise, special forces units will fulfill the tasks as part of a combat training operation to detect and neutralize illegal armed detachments in a human settlement. Up to 300 special forces personnel from 6 countries take part in the Eternal Brotherhood – III multinational exercise, which involves armored vehicles, army aviation and UAVs.
Back to Top