Xankəndiyə növbəti qanunsuz səfər - Baku TV

Xankəndiyə növbəti qanunsuz səfər - Baku TV Siyasi şəxslərin Xankəndiyə qeyri-qanuni səfərlərinin sayı artır. Fransa prezidentliyinə namizəd Valeri Pekresdən sonra Qarabağa növbəti çağırılmamış qonaq səfər edib. Bu dəfə qanunusuz səfəri Rusiya Dumasının deputatı Vitali Milonov edib. Üstəlik, o, separatçı-terrorçu Araik Arutyunyanla görüşdükdən sonra Xankəndidəki ermənilərə məxsus “6 saylı orta məktəb”də keçirilən Yeni il şənliyinə də qatılıb. Xanım Pekresin qanunsuz səfərindən sonra onun ölkəmiz üçün arzuolunmaz şəxslər siyahısına salınması, görünür, kifayət etməyib. Deməli, Qarabağa gələn çağırılmamış qonaqlara qarşı daha sərt addımlar atılmalıdır. Bu səfərlərin Laçın dəhlizi vasitəsilə baş tutması digər bir məsələni gündəmə gətirir. Sülhmərmalılar qanunsuz səfərlərin qarşısını niyə almır? *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya
Back to Top