Vətən Müharibəsində şəhəri bayraqlarla bəzəyən dərzi - Baku TV

Vətən Müharibəsində şəhəri bayraqlarla bəzəyən dərzi - Baku TV Vətən müharibəsində qələbə ardınca qələbə qazanan Azərbaycan Ordusu hər kəsdə böyük ruh yüksəkliyi yaradır, sevincimizi birə min artırırdı. Həmin günlər hər kəs “dəmir yumruq” kimi birləşərək arxa cəbhədə əlindən gələni etməyə çalışırdı. Kimisi cəbhəyə yardımlar edir, kimisi əsgərlərimiz üçün yorğan salır, kimisi də milli atributumuz olan bayraqlar hazırlayıb paylayırdı. Mingəçevirdə məskunlaşan, əslən Ağdam rayonundan olan Valeh Məmmədov ötən il tikib hazırladığı ən böyük bayraqla yaddaşlarda qaldı. Onun əl işi 16 metr uzunluğunda olan Azərbaycan, ondan bir qədər qısa Türkiyə, 3 metrə yaxın uzunluğu olan Pakistan bayraqları Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı 9 mərtəbəli binanı bəzədi. 65 yaşlı Valeh Məmmədov kiçik məkanda gördüyü böyük işlərlə hər kəsin rəğbətini qazandı. İndi onun bir arzusu var. Daha böyük ölçülü bayraq tikərək, Ağdamın mərkəzindən asmaq. ________________________________ Pulsuz Elanlar:
Back to Top