Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keç
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib
Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq aparılan qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini qeyd edən general-leytenant bu cür görüşlərin hərbi təhsil müəssisələrinin professor, zabit və müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
Görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru briqada generalı Mamia Balaxadze bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.
Qonaqlar universitetin “Xatirə kitabı“na ürək sözlərini yazıb.
Sonra türkiyəli və gürcüstanlı nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Ümummilli Lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksi ziyarət olunub, gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Qonaqlar hərbi institutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Sonra Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.
Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
____
В Баку состоялась трехсторонняя встреча руководителей военно-учебных заведений Азербайджана, Турции и Грузии
____
Baku hosted trilateral meeting of heads of military educational institutions of Azerbaijan, Türkiye and Georgia
1 view
2
0
2 months ago 11:20:03 1
Baku Retro Fm 93.3 Live Radio | Bakı Retro FM #baku #azerbaijan #fm #radio
2 months ago 00:10:41 1
Telman İsmayılovu MƏHVƏ APARAN YOL
2 months ago 01:08:31 1
adına Azərbaycan Dövlət Kamera Orkestri
3 months ago 00:05:12 1
Azərbaycanın üzərinə göndərilən DƏHŞƏTLİ SİLAH - Sərhədə nəzarətlə bağlı ŞOK PLAN
3 months ago 00:10:16 1
Ölkəmizi təhqir edən əxlaqsız deputatın Bakıda nə işi var?!- Polkovnikdən etiraz - Media Turk TV
4 months ago 00:08:30 1
erməni, Bakı’da İnsanlardan Yardım İstədi və Döyüldü !!! Baku prank
4 months ago 00:00:59 1
“Qarabağ“ Bakıda “Braqa“-ya yenilsə də turu keç Qurbanovun müsahibəsi.
4 months ago 02:34:35 1
Celal Şengör və İlber Ortaylı Bakıda! BAKI KONFRANSI 2023
4 months ago 00:12:41 10
Hökumətin 3 il sonraya vədi: Bakıda tramvayı bərpa etmək mümkün olacaqmı?
4 months ago 00:01:15 1
Xalq ressami Boyukaqa Mirzezade
4 months ago 00:00:19 1
Rüşvət vermeyə pulum yoxdu İlham Əliyev
4 months ago 01:28:40 1
O olmasın, bu olsun (1956)
5 months ago 00:01:24 1
Bakıda ilk güclü qar yağır - Şərhsiz Video | Doğru Xəbər Az
5 months ago 00:03:26 24
Bakıda yağış sularına qarşı yeni addım - DETALLAR
5 months ago 00:58:16 1
TƏCİLİ! Bu ölkənin Azərbaycandakı casus şəbəkəsi ifşa olundu - Gündəm Masada - Xəbəriniz Var?
7 months ago 01:08:57 1
Hazır olun, onlar da Bakıya təhvil verilir: SİYAHIDAKI ADLAR - Gündəm Masada - Media Turk TV
7 months ago 00:05:43 12
“Neftçi“ uduzdu, dava saldı, Samir Abbasov çılğın sevindi, Adrian Mutunun istefası tələb olundu
7 months ago 00:45:33 3
Prezident Xankəndində Zəfər paradını belə qəbul etdi - Media Turk TV
7 months ago 00:27:54 1
Bakı ermənisi ilə Azərbaycan dilində söhbət:“İlham Əliyev Qarabağ ermənilərinə...“
8 months ago 00:00:20 1
DƏHŞƏT !!! Erməni separatçı Bakıda bunları dedi - Bako Saakyan
8 months ago 00:01:13 2
Masallı. 20 yaşlı gənc öz kəndinin tarixini yazdı
8 months ago 00:11:40 1
Paşinyan BBC jurnalistinə : “Dağlıq Qarabağın, Artsaxın Ermənistan olduğunu niyə dedim?”
8 months ago 00:02:01 16
Prezident İlham Əliyev və birinci xanım Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
9 months ago 00:03:31 1
Mehdi Sadiq × Noton — Bakıda Var (Rəsmi Musiqi Videosu)