İstanbulda partlayış törədən şəxs saxlanıldı - BAKU TV

İstanbulda partlayış törədən şəxs saxlanıldı - BAKU TV Aktual xəbərlərimiz Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, ümumilikdə hadisə ilə bağlı 20-dən çox şəxs saxlanılıb və insidentdə terror qruplaşmaları da iştirak edib. Qeyd edək ki, partlayışı tərətməkdə şübhəli bilinən şəxsin saxlanılma anını əks etdirən görüntülər yayılıb. Məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb. Hadisə zamanı həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və onun 3 yaşlı qızı Ecrin də var. Ata və övladının həlak olması Türkiyə mediasında və sosial şəbəkələrdə böyük sarsıntı ilə qarşılanıb. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz İstanbulda partlayış törədən şəxs saxlanıldı © 2022 © All Rights Reserved ℗ Baku TV #istanbul #partlayis #saxlanıldı
Back to Top