Ən hündür bayraq dirəyi Bakıda quraşdırılacaq - BAKU TV

Ən hündür bayraq dirəyi Bakıda quraşdırılacaq - BAKU TV Azərbaycanda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq. Layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək. Belə ki, Azərbaycanın paytaxtı, “Küləklər şəhəri” adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 tonla 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq. İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin “Çimtaş” şirkəti tərəfindən 2022-ci ilin aprelində Xəzər dənizi vasitəsilə daşınması gözlənilir. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Baku TV 20
Back to Top