Laçında yaşayan ermənilər nə istəyir? - BAKU TV

Laçında yaşayan ermənilər nə istəyir? - BAKU TV Aktual xəbərlərimiz Azərbaycanlılar bizi narahat etmir, onlar öz işləri ilə məşğuldurlar. Bunu Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərində yaşayan ermənilər Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikilməsinə münasibət bildirirkən deyib. “Azərbaycanlılar heç kimə dəyib-dolaşmadan tikinti işləri ilə məşğuldurlar. Bizi narahat etmirlər. Rusiya sülhməramlıları bizə tapşırıblar ki, onlarla birbaşa təmasda olmayaq, ehtiyac yarandıqda sözümüzü sülhməramlıların vasitəsilə çatdırırıq”, - deyə Laçında yaşayan erməni bildirib. Ərazidə yaşayan ermənilər onu da qeyd edib ki, əgər Azərbaycan onların burada qalmalarına icazə versə, bu yoldan onlar da faydalanmaq arzusundadırlar. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Laçında yaşayan ermənilər nə istəyir? #bakutv #lacin #lacindayasayanermeniler #ermeniler #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top