Veteran adı və təqaüdlər kimlərə veriləcək? - Baku TV

Veteran adı və təqaüdlər kimlərə veriləcək? - Baku TV Veteran adı təkcə ön cəbhədə döyüşən əsgər və zabitlərimizə şamil edilməyəcək. Ölkə başçısı da dəfələrlə deyib ki, Vətən müharibəsində zərrə qədər xidməti olanların hamısı dövlətin xüsusi diqqətinə layiq görüləcək. Bu sözləri Milli Məclisin üzvü Məlahət İbrahimqızı bildirib. Qeyd edib ki, veteranların hər birinə fərdi yanaşılaraq ədalətli və humanist qərar çıxarılacaq. Nazirlər Kabinetinin tərkibində yaradılan veteranların statusu ilə bağlı xüsusi komissiyada hazırda siyahılar dəqiqləşdirilir və demək olar, məsələ yekunlaşır. Ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edir ki, qanunda bu məsələ ilə bağlı müvafiq dəyişiklik edilərək tezliklə qərar qəbul ediləcək. Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, əli silahlı Şuşaya daxil olan veterandır. Lakin orada yemək bişirən veteran deyil. Bu fikri kökündən yanlış hesab edən Şair Ramaldanov deyir ki, döyüşlərdə və döyüşlərin təmin edilməsində bilavasitə iştirak edən hər kəs veterandır. İstər səfərb
Back to Top