Azərbaycan “Texnofest-2023“də öz stendi ilə təmsil olunur

İstanbulda, Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı – “Texnofest-2023” işə başlayıb. Bu il 7-cisi baş tutan beynəlxalq tədbir artıq 6 ildir ki, təşkil olunur. Festivalda 102 fərqli kateqoriyada 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur. Yarış mayın 1-dək davam edəcək. “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” pilotsuz uçuş aparatları ziyarətçilərə nümayiş etdirilir. Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur. Abunə ol: Azərbaycan “Texnofest-2023“də öz stendi ilə təmsil olunur ***** ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC Azərbaycan “Texnofest-2023“də öz stendi ilə təmsil olunur *****
Back to Top