Dünya birinciliyində erməni rəqiblərini məğlub edən gənc güləşçilərimiz - Baku TV

Dünya birinciliyində erməni rəqiblərini məğlub edən gənc güləşçilərimiz - Baku TV Budapeştdə yeniyetmələrin dünya çempionatında iki sərbəst güləşçimiz erməni rəqiblərini məğlub edib. Təmsilçilərimizdən 45 kq-da yarışan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyana 4:3 hesabı ilə qalib gəlib. Eyni mərhələdə 60 kq çəkidə çıxış edən daha bir idmançımız Abdulrəhman İbrahimov isə Hakob Davtyandan güclü olub. Bundan başqa, daha 3 güləşçimiz - Elman Məmmədov (51 kq), İlkin Ağayev (71 kq) və Yusif Dursunov (92 kq) da mübarizəyə qoşulub. Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərlik etdiyi komandada sadalanan idmançılarımızdan başqa Hacı Kərimov, Cavid Cavadov, Ağanəzər Novruzov, Səttarxan Allahverdili və Azay İsmayılov çıxış edir. Əlavə edək ki, iyulun 19-u start götürən gənclərin dünya birinciliyi iyulun 25-dək davam edəcək. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada ba
Back to Top