Eramızdən əvvəldən indiyə kimi meyxana haqqında hər şey | Meyxana tarixi - ARAŞDIRMA

Eramızdən əvvəldən indiyə kimi meyxana haqqında hər şey | Meyxana tarixi - ARAŞDIRMA 00:00 - Giriş 00:38 - Ağamirzə qafiyə tutdu 01:33 - Bir vaxtı toylara tələsən şair 02:20 - Meyxana adında bir sənət yoxdur 03:28 - Kəbənin ətrafında görün nələr edirmişlər 04:05 - Mirzə Ələkbər Sabir meyxana dedi 05:13 - Rəşad Dağlı Vüqarla meyxana dedi 05:35 - Üzeyir Hacıbəylinin yaradıcılığında meyxana izi 06:42 - Əliağa Vahiddən qızıl sözlər 07:43 - Məsti-xumar oldu bizim şairimiz 08:50 - Aydın Xırdalanlıdan həyati meyxana 09:13 - Meyxana beşiyi - Maştağa 10:24 - Maştağa olmasaydı, biz də yox idik 10:44 - Ağamirzə Kərimin xətrinə dəyib 11:18 - Varlının pişiyinə pələng deyərlər 15:03 - Tək söz ustadları yox, onlar da meyxana deyib 16:45 - Əliağa Vahid ən gözəl qəzəllərini çayxanada yazıb 17:00 - Mehman Əhmədli Namiq Qaraçuxurludan danışdı 19:05 - Özü həyatdan köçsə də, sözləri ölməz Məşədi Baba Meyxana – zərb alətinin müşayiəti ilə oxunan musiqili poetik janr. Bu sənət haqqında ilk məlumatlara Herodotun “Tarix” əsərində rast gəlinir. Əsasən Bakı kəndlərində geniş yayılıb. Klassik Azərbaycan ədəbiyyatında “Meyxana” adı bir neçə əsərdə işlədilib. 20-ci əsrin əvvəli. Satirik şair Mirzə Ələkbər Sabir. O öz yaradıcılığında meyxana elementləri istifadə edir. Onun “Bəhri Təvil”ində bu janrın elementləri açıq-aşkar görünür. Deyilənə görə, bu arıq, cılız dahi hətta toylarda meyxana deyib. Üzeyir Hacıbəyli. Dahi bəstəkar. O, 20-ci əsrin 30-cu illərində “Koroğlu” operasını bəstələyərkən meyxana kupletləri işlədib. Eyni zamanda “O olmasın bu olsun” operettasında Üzeyir bəy “Hambal”ın danışığında meyxana istifadə edir. Daha sonra bəstəkar Fikrət Əmirovun “Sevil” operasında, cazmen Vaqif Mustafazadənin “Caz-Muğam”ında meyxana elementləri görünür. Əliağa Vahid. Dövlət səviyyəsində meyxana təbliğatı aparan şəxs. Meyxananın kütləviləşməsində Vahidin rolu danılmaz idi. Onun Maştağalı Ağahüseyn Əfsunla dediyi meyxanalar günümüzdə deyilən meyxanaların təməli sayıla bilər. Maştağa Bakı kəndləri içində meyxana ocağı olması ilə tanınır və kənd əhli bununla fəxr edir. Bakının tanınmış meyxanaçıları əsasən bu kəndin yetirməsidir. Kəndin tanınmış meyxanaçılarını sadalasaq, görərik ki, Azərbaycan meyxana tarixinin demək olar bir çox tanınmış simaları bu kənddən çıxıb. Ağasəlim Çıldaq, Məşədibaba, Ağamirzə, Ağakərim, Elçin, Vüqarın adları bəsdir ki, kəndin meyxana məktəbi olmasını sübut etsin. Bizi WhatsApp-da izləyin Arzunun vaxtı ↵ Qapqara ↵ Aydın tarix ↵ Eramızdən əvvəldən indiyə kimi meyxana haqqında hər şey | Meyxana tarixi - ARAŞDIRMA 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #Araşdırma #meyxana #Ağamirzə #AydınXırdalanlı #MehmanƏhmədli #PərvizBülbülə #Meyxanatarixi #ədəbiyyat #deyişmə #trendmeyxana #rəşaddağlımeyxana #musiqilimeyxana2023 #meyxanaazerimp3 #meyxanaazeri #meyxanaalemi #meyxanaagamirze #azerimeyxanaremix #aydinmeyxana #deyismemeyxana #dinimeyxana #meyxanadeyişmə #meyxanaazəribass #popurimeyxana #meyxanabaki #qafiyə #bədiyyə #şair #qəzəlxan #zərbalətləri #musiqilimeyxana #degəlsin #Ağasəlim #Ağakərim #NizamiRəmzi #Balaəli #Balabəy #ƏliağaVahid #RəşadDağlı #NamiqMəna #İlqarFəhmi #MəşədiBaba #ArifBuzovnalı #NamiqQaraçuxurlu #AğasəlimÇıldağ #meyxanahaqqında
Back to Top