Rusiyalı ifaçı Restorator Azərbaycandan üzr istədi - BAKU TV

Rusiyalı ifaçı Restorator Azərbaycandan üzr istədi - BAKU TV Rusiyalı ifaçı, “Versus Battle” rep platformasının yaradıcısı, “Restorator” kimi tanınan Aleksandr Timartsev Qarabağla bağlı söylədiyi fikirlərə görə azərbaycanlılardan üzr istəyib. O, bu mövzuda şəxsi instaqram hesabında video yayımlayıb. Söhbət bu yaxınlarda sosial şəbəkələrdə yayımlanan videodan gedir. Həmin videoda Aleksandr Ermənistandan olan dostları ilə ziyafətdə Azərbaycan sakinlərindən Qarabağdan əl çəkməyi tələb edərək mahnı oxuyub. Timartsevin sözlərinə görə, video bir il əvvəl çəkilib və yalnız bu yaxınlarda şəbəkəyə daxil olub. TVTV Pulsuz Elanlar: Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Twitter
Back to Top