Salyanda 9-cu sinif şagirdi yeni riyazi düstur irəli sürüb - BAKU TV

Salyanda 9-cu sinif şagirdi yeni riyazi düstur irəli sürüb - BAKU TV Riyaziyyat dəqiq elmlərin şahı sayılır. Salyan rayon 8 saylı orta məktəbin şagirdi də bu elmi sevənlərdəndir. 9-cu sinif şagirdi İsmayıl Məmmədzadə yeni riyazi düstur irəli sürüb. Bu düstur nəzəriyyədə isbatlanmasa da, onun əsasında qoyulan məsələnin praktik riyazi həllini almaq olur. Yeniyetmənin riyaziyat müəllimi İsmayılın orta təhsil səviyyəsindən də yuxarı riyazi bilikləri mənimsəməyə çalışdığını deyir. Müəllim bildirir ki, şagirdinin fərziyyə kimi irəli sürdüyü düstur daha da təkmilləşdirilsə, riyaziyyat elminə yenilik gətirilmiş olar. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Pulsuz Elanlar: Twitt
Back to Top