General Polad Həşimov necə şəhid oldu? - Baku TV

“Baku TV“nin Tovuz döyüşlərindən XÜSUSİ REPORTAJI - Baku TV Tovuz döyüşləri 27 sentyabrda “Dəmir yumruq” əməliyyatı ilə başlayacaq 44 günlük müharibədə xalqımızı qələbəyə aparan yolun başlanğıcı oldu. Bu təxribatı törətməkdə Ermənistanın 2 əsas məqsədi var idi. Birincisi, Qarabağ məsələsinin həllində diplomatik cəbhədə dalana dirəndiyindən, Azərbaycanın qabağında dura bilməyəcəyini anlayan düşmən təxribatı sərhəd istiqamətində törədərək, hadisələrin seyrini dəyişmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını regiona cəlb etmək niyyəti güdürdü. İkincisi isə Tovuz və Qazax rayonları istiqamətində ölkəmizin əsas beynəlxalq enerji və infrastruktur layihələri keçdiyi üçün yüksəkliklər təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə böyük təhlükə yarana bilərdi. Lakin Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da ürəyində qoydu. Reportajda Tovuz döyüşləri iştirakçıları həmin günlərlə bağlı öz təəssüratlarını bölüşüb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və ma
Back to Top