Özündən bir əsr öncə ikiyə bölünmüş Vətənini qəlbən birləşdirib getmiş Söhrab Tahir..

Özündən bir əsr öncə ikiyə bölünmüş Vətənini qəlbən birləşdirib getmiş Söhrab Tahir..      Öləndə kəfənim ikiqat olsun;    Ruhum o taydadır, qəbrim bu tayda,    Dözümlü xalqıma heykəl qoyulsun    Ortadan qurumuş bir dəli çayda.        Tabutum üstündə oynasın xəzan,    Bölünsün bir xalqın şairi iki.    Ayrı bacıların göz yaşlarından    Mənə iki tayda bir qəbir tikin.        İkili yaşadım həyatımı mən,    İkili səsimdə birləşdi xalqım.    Qovdum ikiliyi öz ürəyimdən,    Böyük ürəyimdə birləşdi xalqım.        Bir gün xalqım üçün şairləşəndə    Şair torpağına quylanacağam.    Vətən birləşəndə, xalq birləşəndə -    Mən də öz qəbrimdən boylanacağam...        Bu şair qəbirdən öncə gözəl bir diyarda doğulub boylanmışdı.
Back to Top