İslamda qəbir ziyarətinin qaydaları

#qebirziyareti #islamdini #ölüm Qəbir ziyarətinin bəzi əməlləri: Qəbir ziyarətində oxunan dualar: “Əssələmu aleykum əhləl-quburi”. Həmçinin: “Bismilləhir-Rahmənir-Rahim. Əssələmu əla əhli la ilahə İlləllah min əhli la ilahə İlləllah. Ya əhlə la ilahə İlləllah bihaqqi la ilahə İlləllah keyfə vacədtum qavlə la ilahə İlləllah min la ilahə İlləllah. Ya la ilahə İlləllah bihaqqi la ilahə İlləllah iğfir limən qalə la ilahə İlləllah. Vahşurna fi zumrati mən qalə la ilahə İlləllah, Muhəmmədun Rasulullah, Əliyyun valiyullah”. Tərcüməsi: “Bağışlayan və mehriban Allahın adı ilə. Salam olsun “Allahdan başqa heç bir məbud yoxdur” deyənlərdən “Allahdan başqa heç bir məbud yoxdur” deyənlərə! Ey “Allahdan başqa heç bir məbud yoxdur” deyənlər, “Allahdan başqa heç bir məbud yoxdur” sözlərinin xatirinə, “Allahdan başqa heç bir məbud yoxdur” sözünü necə gördünüz? Ey Özündən başqa heç bir məbudun olmayan Allah, “Allahdan başqa heç bir məbud yoxdur” sözünün xatirinə “Allahdan başqa heç bir məbud yoxdur” deyən kəsləri bağışla! Bizi “Allahdan başqa heç bir məbud yoxdur, Muhəmməd Allahın Rasuludur və Əli Allahın vəlisidir” deyənlərin dəstəsində həşr et”. Əlini qəbrin üzərinə qoyub oxunan dua: “Allahum-mərhəm ğurbəhət, va sil vahdətəh, va anis vahşətəh, vaskin ileyhi min rahmətəkə rahmətən yəstəğni biha ən rahməti mən sivakə. Va əlhiqhu bi mən kanə yətəvallah” Tərcüməsi: İlahi, ona qəribliyində rəhm et, tənhalığında Öz tərəfindən birini göndər və yalnızlığında Öz tərəfindən bir həmsöhbət göndər. Onu Öz rəhmətindən elə bir rəhmətdə məskunlaşdır ki, Səndən başqasının rəhmətindən ehtiyacsız olsun və onu özünə dost tutmuş kəslərə qovuşdur”. Həmçinin (istəsəz) 1 “Fatihə” 11 “İxlas” surəsini oxumaq Həmçinin (istəsəz) 7 dəfə “Qədr” surəsini oxumaq Həmçinin (istəsəz) “Mulk” surəsini oxumaq
Back to Top