Türk Dövlətləri Təşkilatı fövqəladə iclas keçirəcək - Baku TV

Türk Dövlətləri Təşkilatı fövqəladə iclas keçirəcək - Baku TV Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bildirib. Çavuşoğlunun sözlərinə görə, iclas yanvarın 11-də onlayn formada baş tutacaq. İclasda Qazaxıstanda yaşanan hadisələr müzakirə ediləcək. Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb. Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğız respublikalarının prezidentləri ilə telefonla danışıb. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri Qazaxıstanda baş verən hadisələri müzakirə edib. Həmçinin Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda Qazaxıstanda sülh və sabitliyə verilən önəm vurğulanıb, təşkilatın aparıcı ölkəl
Back to Top