NATO Əfqanıstandakı missiyasını tamamladığını açıqlayıb - Baku TV

NATO Əfqanıstandakı missiyasını tamamladığını açıqlayıb - Baku TV NATO Əfqanıstandakı missiyasını tamamlayıb, müttəfiqlər indi yalnız Kabil hava limanı ərazisindədir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirləri ilə keçirilən videokonfransdan sonra deyib. Baş katib hər bir ölkənin Əfqanıstana çatdırılan silah və texnikaya görə məsuliyyət daşıdığını bildirib: “Bir sıra ölkələr Əfqanıstanda bütün qüvvələrini və texnikalarını geri qaytarmaq üçün mümkün olan hər şeyi etdi”. “Əgər əfqanları təxliyə edə bilsək, onları müvəqqəti və ya daimi olaraq qəbul etməyə hazır olan ölkələr var. Bu ölkələr əfqanların ardınca təyyarə göndərməyə hazır olduqlarını açıqladılar”, - deyə Yens Stoltenberq əlavə edib. NATO baş katibi terror təşkilatlarının yenidən yuva qurmasına icazə verməyəcəyini deyərək Kabildəki hava limanının təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətli roluna görə Türkiyə, ABŞ və İngiltərə ilə yanaşı, Azərbaycana da təşəkkürünü bildirib. “24 saat evakuasiya üçün çalışırıq.
Back to Top