Belarus qoşunları Ukraynaya girdi - BAKU TV

Belarus qoşunları Ukraynaya girdi - BAKU TV Ukrayna - Rusiya münaqişəsinin son xəbərləri: Belarus qoşunları Ukraynanın Çerniqov bölgəsinə daxil olub. Bu barədə məlumatı Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti yayıb. “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov Belarus qoşunlarının ölkələrinə daxil olmasını təsdiqləyib. Mixailo-Kotsiubinski kəndinin yerli sakinlərinin sözlərinə görə, martın 1-i saat 11:30-da 33 texnikadan ibarət Belarus kolonu keçib. Onlardan 11-i isə “Qrad” olub. Bildirilir ki, kolon Slabina, yaxud Pakul kəndləri istiqamətində gedib. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Ukrayna-Rusiya münaqişəsi ilə bağlı son xəbərləri teleqram kanalımızdan izləyin:
Back to Top