Sərkisyan sözlərindən çıxan nəticə: Qarabağ oyunu başladır?

Serj Sərkisyanın iki gündür anons edilən geniş müsahibəsi ötən gün yayıldı və erməni mediası bu müsahibəni geninə-boluna yayımladı. Bu müsahibədən ümumi çıxan nəticə nədir? Sərkisyan etiraf etdi ki, Azərbaycan Prezidentinin çıxış və sözləri birmənalı olaraq Ermənistan cəmiyyətində həqiqət kimi qəbul edilir. Artıq erməni ictimaiyyəti İlham Əliyevin heç vaxt yalan demədiyini, reallığı olduğu kimi təqdim etdiyini, verdiyi vədləri mütləq yerinə yetirdiyini və elan etdiyi hədəflərə nə yolla olursa-olsun çatdığını bilir.
Back to Top