Sabunçu rayonunda 30 ailənin məskunlaşdığı yataqxana qəzalı vəziyyətdədir

Sabunçu rayonunda 30 ailənin məskunlaşdığı yataqxana qəzalı vəziyyətdədir. Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində yerləşən 17 saylı yataqxanada 30 ailə qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Məcburi köçkünlərin məskunlaşdığı yataqxana neçə illərdir ki, bu vəziyyətdədir. Binada bir neçə nəfər dəfələrlə ölümlə üz-üzə qalıb. Sakinlər binanın xəstəlik yuvasına çevrildiyini bildirir. Baku TV əməkdaşlarının hazırladığı reportajı təqdim edirik.
Back to Top