Məşhur akademiyanın yeganə qızıl medalçısı şəhid Babək Ramaldanov - Xüsusi Reportaj

Baku TV İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanov haqqında xüsusi reportajı təqdim edir. 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olan Babək Ramaldanov əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2004-cü ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan Babək Ramaldanov üçün vətənin müdafiəsi hər şeydən vacib, işğal altında olan torpaqlarımızı azad görmək arzusu isə hər bir arzudan öndə idi. Bu amalına çatmaq üçün gecə-gündüz öz üzərində də çalışırdı. Polkovnik-leytenant 2019-cu il iyunun 21-də Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasını, keçmiş Frunze adına Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, magistr diplomu və qızıl medal alıb. 2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun təxribatlarına qarşı həyata keçirilən əks-həmlə zamanı hərbi hissənin qərargah rəisi kimi döyüşlərə qatılan Ramaldanov şəxsi heyəti ilə birlikdə 10 gün Murov dağı ətrafında, sonra isə Füzuli, Cəb
Back to Top